Məsum
Ravi
Mətn
Əbu Bəsir İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Əlif, lam, mim” (“Bəqərə” surəsi, 1-ci ayə) Allahın ismi-əzəmindən olan bir hərfdir ki, Quranda səpələnmişdir. Onu Peyğəmbər (s) və imam bilir. Onun vasitəsilə Allaha dua etsələr, müstəcab olar (qəbul olunar). “Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır” (“Bəqərə” surəsi, 2-ci ayə) ayəsi isə bizim şiələrimiz haqqındadır. “O kəslər ki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər” (ayəsinin mənası budur ki,) bizim onlara (şiələrə) öyrətdiyimizdən (camaata) xəbər verərlər və Qurandan onlara öyrətdiyimizi tilavət edərlər”.
Mətn Ərəb
-
Copyright 2025 Hadis.Az