Hədis elmi
Rical elmi
Etiqad
Hədis axtar
Kitabxana
Terminlər
əl-Bəqərə 2
Ana səhifə
/
əl-Bəqərə 2
﷽
Ayə 1
Əlif, Lam, Mim.
الم
Təfsir
Süfyan ibn Səid Sovri deyib: “Həzrət İmam Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talibə (İmam Cəfər Sadiqə) dedim: “Ey Allah Rəsulunun (s) övladı, Allah əzzə və cəllənin “Əlif, lam, mim” (“Bəqərə” surəsi, 1-ci ayə) kəlamının mənası nədir?” Buyurdu: “Bəqərə surəsinin əvvəlində olan “Əlif, lam, mim”in mənası "Ənəllahul-Məlik"dir” (Mən hökmdar (olan) Allaham).
Əbu Bəsir İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Əlif, lam, mim” (“Bəqərə” surəsi, 1-ci ayə) Allahın ismi-əzəmindən olan bir hərfdir ki, Quranda səpələnmişdir. Onu Peyğəmbər (s) və imam bilir. Onun vasitəsilə Allaha dua etsələr, müstəcab olar (qəbul olunar). “Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır” (“Bəqərə” surəsi, 2-ci ayə) ayəsi isə bizim şiələrimiz haqqındadır. “O kəslər ki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər” (ayəsinin mənası budur ki,) bizim onlara (şiələrə) öyrətdiyimizdən (camaata) xəbər verərlər və Qurandan onlara öyrətdiyimizi tilavət edərlər”.
Bütün bölmələr
Hədis axtar
Quran təfsiri
Məsumlar
Ravilər
Kitabxana
Sual-cavab
Terminlər
Dualar
Copyright 2025 Hadis.Az