Hədis axtar

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiq (ə) buyurur: “Hər kim 40 sabah “Əhd” duası ilə Allaha dua edərsə, o bizim Qaimin (ə) ənsar və köməkçilərindən olar. Əgər o (duanı oxuyan), Qaimdən (ə) əvvəl dünyasını dəyişsə, Allah-taala onu (rəcət zamanı) qəbirdən çıxardar və (duanın) hər bir kəlməsinə 1000 həsənə verər və 1000 pis əməlini silər”.
Biharul-ənvar cild 53 səhifə-95

Məsum

Səhabə

Ravi

-

“And olsun (günəşi) açıqlığa çıxaran gündüzə” (“Şəms” surəsi, 3-cü ayə). İbni Abbas Allah-taalanın bu ayəsi haqqında deyir: “Yəni Əhli-beytdən (ə) olan imamlar (rəcət vaxtı) axırüzzəmanda yer kürəsinə malik olacaqlar. Və (yer kürəsini) haqq və ədalətlə dolduracaqlar”.
Biharul-ənvar cild 53 səhifə-118

Məsum

İmam Baqir (ə)

Ravi

-

“Gözləri yerə dikildiyi halda (böyük bir) zillət və xarlıq onları bürüyər. Budur onlara vəd verilmiş gün” (“Məaric” surəsi, 44-cü ayə). İmam Baqir (ə) Allahın bu ayəsi haqqında buyurdu: “Bu, Qaimin (ə) çıxdığı gündür”.
Biharul-ənvar cild 53 səhifə-120

Məsum

-

Ravi

-

“Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz” (“Ənam” surəsi, 158-ci ayə). Əhli-beyt (ə) (imamları) bu ayə haqda buyurur: “Buradakı nişanə Qaimdir. O (ə) zühur etdikdə müaxliflərin tövbəsi qəbul olmayacaqdır”.
Biharul-ənvar cild 53 səhifə-133

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiq (ə) buyurur: “Mütənin (müvəqqəti evliliyin) biz tərəfdən olduğunu qəbul etməyən və bizim rəcətimizə iman gətirməyən bizdən deyil”.
Biharul-ənvar cild 53 səhifə-136

Məsum

İmam Rza (ə)

Ravi

-

(Abbasi xəlifəsi) Məmun İmam Rzaya (ə) dedi: “Ey Əbəlhəsən, rəcət haqda nə deyirsən?” İmam (ə) buyurdu: “Həqiqətən, o, haqdır. Rəcət keçmiş ümmətlərdə də olub və Quran da onlardan danışıb. (Bu haqda) Allah rəsulu (s) da buyurub: “Əvvəlki ümmətlərdə hər nə olubsa, bu ümməti də addımbaaddım izləyəcəkdir”. Övladımdan olan Mehdi (ə) zühur etdikdə İsa ibn Məryəm də nazil olacaq və onun (ə) arxasında namaz qılacaqdır”.
Biharul-ənvar cild 53 səhifə-59

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiq (ə) buyurur: “Dünyaya ilk qayıdanlar Hüseyn ibn Əli (ə), onun səhabələri, Yezid ibn Müaviyə və Yezidin səhabələridir. Sonra (Hüseyn ibn Əli və səhabələri) onları eyni şəkildə öldürəcəklər”.
Təfsirul-Əyyaşi cild 2 səhifə-282

Məsum

İmam Sadiq (ə)

Ravi

-

“O sizin aranızdan peyğəmbərlər göndərdi və sizi hökmdarlar təyin etdi” (“Maidə” surəsi, 20-ci ayə). İmam Sadiq (ə) buyurur: “Peyğəmbərlər Allah rəsulu (Həzrət Məhəmməd), İbrahim, İsmayıl və onun zürriyyətidir. Hökmdarlar isə imamlardır”. Dedim: “Sizə hansı mülk (hökm) verilib?” İmam (ə) buyurdu: “Cənnətin mülkiyyəti və “kərrar”ın mülkiyyəti (verilib)”. Qeyd: “Kərrar” — təkrar-təkrar qayıdana deyilir. İmam Mehdinin (ə) zühur etdiyi vaxtda imamlar (ə) dünyaya qayıdacaq və bəzi imamlar isə bir neçə dəfə qayıdacaqlar.
Biharul-ənvar cild 53 səhifə-46

Məsum

İmam Səccad (ə)

Ravi

-

“Quranı sənə nazil edib vacib buyuran (Allah) qayıdacağın yerə səni mütləq qaytaracaqdır...” (“Qəsəs” surəsi, 85-ci ayə). Bu ayənin təfsirində İmam Səccaddan (ə) (belə) nəql olunmuşdur: “Sizin peyğəmbəriniz (s), Əmirəlmöminin və imamlar (ə) rəcət edəcəklər”.
Əl-Burhan cild 4 səhifə-291

Məsum

İmam Sadiq (ə)

Ravi

Feyz ibn Əbu Şeybə

“Bir zaman Allah peyğəmbərlərdən: “Sizə kitab və hikmət verdikdən sonra özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona inanıb yardım edəcəksiniz” — deyə əhd almış...” (“Ali-İmran” surəsi, 81-ci ayə). Feyz ibn Əbu Şeybə nəql edir ki, İmam Sadiq (ə) bu ayəni oxudu və buyurdu: “(Allah onlardan) Allahın rəsuluna (s) iman gətirsinlər və möminlərin əmiri Əliyə (ə) kömək etsinlər deyə (əhd-peyman alıb)”. Dedim: “Möminlərin əmirinə (ə) kömək etmək üçün?” İmam (ə) buyurdu: “Bəli, Allaha and olsun ki, Allah Adəmdən (ə) başlayaraq bütün rəsul və nəbiləri yenidən dünyaya qaytaracaq ki, möminlərin əmiri Əli ibn Əbu Talibin (ə) yanında döyüşsünlər”.
Biharul-ənvar cild 53 səhifə-42