Mətn
Şeyx Səduq “Xisal” əsərində Əmirəlmömininin (ə) 6 nəfərlik şura hadisəsindəki 5 nəfərlə olan “Münaşədə” (and vermə, andlaşma) hədisində belə buyurduğunu nəql edir: “...Sizi and verirəm Allaha, məgər bilmirsiniz ki, Aişə Allah Rəsuluna (s) “İbrahim səndən deyil, o, filan qibtidəndir”, - dedi? Həmin vaxt Peyğəmbər (s) mənə dedi: “Ey Əli, get, onu öldür”. Mən dedim: “Ey Allahın Rəsulu, kürkə sancılmış qızğın mismar kimi olum, yoxsa araşdırıb əmin olum?” Peyğəmbər (s) dedi: “Xeyr, araşdırıb əmin ol”. Mən qibtinin yanına getdim. O məni gördükdə bir bağa tərəf qaçıb özünü bağa atdı. Mən də onun ardınca bağa girdim. O, bir xurma ağacına çıxdı, mən də onun ardınca ağaca çıxdım. O mənim də ağaca çıxdığımı gördükdə belindəki fitəni atdı. Bu zaman onda kişilərdə olan üzvün olmadığını gördüm. Gəlib bunu Allah rəsuluna (s) xəbər verdim. Peyğəmbər (s) dedi: “Pisliyi bizdən uzaqlaşdıran Allaha həmd olsun!” Onlar dedilər: “İlahi, xeyr (biz belə bir şey bilmirik)”. İmam (ə) buyurdu: “İlahi, (özün) şahid ol”.
Mətn Ərəb
-
Quran təfsiri
Surələrin fəziləti
-
Copyright 2025 Hadis.Az