Məsum
Ravi
-
Mətn
İmam Baqir (ə) buyurub: “Vacib edilmiş əməllər ardıcıllıqla nazil olurdu. Həzrət Əlinin (ə) vilayəti isə vacib edilmiş əməllərin axırıncısı idi. Allah-taala (bu barədə belə bir) ayə nazil etdi: “Bu gün sizin üçün dininizi kamil etdim və sizə öz nemətimi tamamladım” (“Maidə” surəsi, 3-cü ayə). İmam Baqir (ə) buyurdu: “Uca Allah (bu ayədə) buyurur ki, bu vacibdən (Həzrət Əlinin vilayətindən) sonra sizlərə başqa bir vacib əməl nazil etməyəcəyəm. Artıq vacib edilmiş əməlləri sizin üçün tamamladım”.
Mətn Ərəb
-
Copyright 2025 Hadis.Az