ən-Nəbə 78

  1. Ana səhifə
  2. /
  3. ən-Nəbə 78

﷽

Ayə 3

Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.

الَّذِي هُمْ فِيهِ مُخْتَلِفُونَ

Təfsir

Əban ibn Təğlib İmam Sadiqdən (ə) Allahın bu ayələri barəsində sual etdiyini dedi: “Onlar nə barədə bir-birindən soruşurlar?! Böyük bir xəbər barəsində, elə bir xəbər ki, onun haqqında ixtilafdadırlar” (“Nəbə” surəsi, 1-3-cü ayələr). İmam (ə) buyurdu: “O xəbərdən məqsəd Əli ibn Əbu Talibdir (ə). Çünki Allah Rəsulu (s) barəsində bir ixtilaf yoxdur”.
İmam Əli (ə) buyurmuşdur: “And olsun Allaha ki, (ayədə keçən) “böyük və əzəmətli xəbər” mənəm. “Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar” (“Nəbə” surəsi, 3-cü ayə). “Xeyr, belə deyildir...” (“Nəbə” surəsi, 4-cü ayə), yəni heç də onların düşündüyü kimi deyildir. “Tezliklə biləcəklər” (“Nəbə” surəsi, 4-cü ayə). “Bir daha xeyr! Onlar hökmən biləcəklər!” (“Nəbə” surəsi, 5-ci ayə). Cənnət və cəhənnəmin arasında durduğum zaman deyəcəyəm ki, bu mənimdir, bu da sənin”.

Bütün bölmələr

Hədis axtarQuran təfsiriMəsumlarRavilərKitabxanaSual-cavabTerminlərDualar

Copyright 2025 Hadis.Az