Əban (أبان)

Bu adla sayı doqquz yüzə çatan çoxlu rəvayətin sənədində qeyd edilib. Onlardan bəziləri Əli ibn Hüseyndən (ə), bəziləri İmam Baqirdən (ə), bəziləri isə İmam Sadiqdəndir (ə). Bu rəvayətlərin çoxunda Əban deyildikdə Əban ibn Təğlib və ya Əban ibn Osman nəzərdə tutulur. Onların da hər ikisi siqədir. Bəzən isə başqa şəxslər qəsd edilir. Onu da yalnız ravini və rəvayətin nəql edildiyi şəxsi nəzərə alaraq təyin etmək olar.