Kitab haqqında məlumat
“Ət-Tövhid” əsəri İslam inancının əsası olan tövhid məsələsini, Allah-taalanın zatı və sifətlərini, ilahi ədalət anlayışını və bu mövzulara dair Əhli-beyt (ə) rəvayətlərini dərin elmi üslubla təqdim edən mötəbər mənbələrdəndir. Bu kitab uzun illərdir İslam alimləri və tədqiqatçıları tərəfindən əsas istinad əsərlərindən biri kimi qəbul edilir.
Əsərin tərcüməsi zamanı məqsədimiz mətnin orijinal məna və məzmununu qorumaqla onu Azərbaycan oxucusu üçün aydın, axıcı və anlaşılan formada təqdim etmək olmuşdur. Bu səbəbdən də təkcə tərcümə ilə kifayətlənməmiş, hədislərin müxtəlif şərhlərini də qeyd etmişik. Bu nəşrin PDF formatında istifadəyə verilməsi kitabın daha geniş oxucu kütləsinə çatmasına və elmi-mənəvi istifadəsinin asanlaşmasına xidmət edir.