Vəsailuş-şiə

Məsum

İmam Sadiq (ə)

Ravi

Əbu Bəsir

Əbu Bəsir belə deyir: “İmam Sadiqdən (ə) məscidləri əzəmətli tutmağın səbəbini soruşdum. İmam Sadiq (ə) buyurdu: “Məscidlər Allahın yer üzərindəki evləri olduğu üçün onları əzəmətli tutmaq (onların hörmətini saxlamaq insanlara) əmr olunub”.
Vəsailuş-şiə cild 81 səhifə-6

Məsum

İmam Sadiq (ə)

Ravi

Hişam ibn Həkəm

Hişam ibn Həkəm deyir: “İmam Sadiqdən (ə) orucun səbəbini (hikmətini) soruşduqda İmam (ə) buyurdu: “Varlı ilə kasıbın bərabər olması üçün”.
Vəsailuş-şiə cild 10 səhifə-7

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Məhəmməd peyğəmbər (s) İmam Əliyə (ə) belə buyurdu: “Ey Əli, iki xüsusiyyətdən özünü qoru: 1. Qəm-qüssə səbəbindən qərarsız olmaq; 2. Tənbəllik. Əgər qəm-qüssə səbəbindən qərarsız olsan, haqqa səbir etməyəcəksən; Əgər tənbəllik etsən, (üzərində olan) haqları yerinə yetirməyəcəksən. Ey Əli, kimə qəm-qüssə səbəbindən qərarsızlıq hakim kəsilərsə, onun rahatlığı aradan gedər”.
Vəsailuş-şiə cild 16 səhifə-23

Məsum

İmam Sadiq (ə)

Ravi

Əbu Bəsir

Əbu Bəsir belə deyir: “İmam Sadiqin (ə) şəhadətinə görə Ümmü-Həmidəyə başsağlığı vermək üçün onun yanına getdim. O ağladı. O ağladığına görə mən də ağladım. Sonra mənə belə dedi: “Ey Əbu Məhəmməd, İmam Sadiqin (ə) vəfat anını görsəydin, təəccüblənərdin. O gözlərini açaraq belə buyurdu: “Mənimlə qohumluğu olan hamını bura cəm edin”. Biz hamını cəm etdikdən sonra İmam (ə) onlara baxdı və belə buyurdu: “Bizim şəfaətimiz namazı yüngül sayanlara yetişməz”.
Vəsailuş-şiə cild 4 səhifə-27

Məsum

İmam Museyi Kazim (ə)

Ravi

-

İmam Musa əl-Kazim (ə) “Bu dünyada kor olan axirətdə də kor olar və (haqq) yoldan daha çox azar!” (“İsra” surəsi, 72-ci ayə) ayəsi barədə belə buyurdu: “Bu ayə həcci yerinə yetirməyə qüdrəti olduğu halda həccətül-islamı (ömürdə bir dəfə vacib olan həcci) yerinə yetirməyib gecikdirən, “bu il həccə gedəcəyəm”, (sonrakı ildə yenə də) “bu il həccə gedəcəyəm” deyib, lakin həcci yerinə yetirmədən ölən şəxs haqqında nazil olmuşdur”.
Vəsailuş-şiə cild 11 səhifə-28

Məsum

Xanım Fatimeyi Zəhra (s.ə)

Ravi

-

Xanım Zəhra (s) buyurub: “Qadınlar üçün ən xeyirli olan odur ki, naməhrəm kişilər onları görməsin, onlar da naməhrəm kişiləri görməsinlər”.
Vəsailuş-şiə cild 20 səhifə-67

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Məhəmməd peyğəmbər (s) buyurub: “Hər şeyin bir dərmanı var. Günahların dərmanı isə Allahdan bağışlanma diləməkdir”.
Vəsailuş-şiə cild 16 səhifə-68

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiq (ə) buyurub: “Sizdən biri itirdiyi şeyi tapdığı zaman sevindiyi kimi, Allah da mömin bəndə (etdiyi günahlardan) tövbə etdiyi zaman sevinir”.
Vəsailuş-şiə cild 16 səhifə-74

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Bir şəxs Məhəmməd peyğəmbərə (s) belə dedi: “Ey Allahın elçisi, mən günah etdikdən sonra tövbə etdikdə nə deyim?” Peyğəmbər (s) buyurdu: “Allahdan bağışlanma dilə”. Kişi dedi: “Mən günahdan tövbə edirəm, sonra yenidən həmin günahı təkrarlayıram”. Peyğəmbər (s) buyurdu: “Hər dəfə günah etdikdə Allahdan bağışlanma dilə”. Kişi dedi: “Belə olduqda mənim günahlarım çox olacaq”. Peyğəmbər (s) buyurdu: “Allahın əfvi (sənin günahlarından) daha çoxdur. Sən hər dəfə tövbə etsən, axırda şeytan məğlub olacaq”.
Vəsailuş-şiə cild 16 səhifə-81

Məsum

İmam Sadiq (ə)

Ravi

-

“Sizdən hər kim Allahdan istədiyi hər bir şeyin ona verilməsini istəyirsə, bütün insanlardan ümidini kəssin və yalnız Allaha ümid bağlasın. Allah-taala bəndənin qəlbində bu xüsusiyyətin olduğunu bilsə, onun istədiyi hər bir şeyi ona verər”.
Vəsailuş-şiə cild 16 səhifə-95

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiq (ə) buyurub: “Sizdən kim Allahdan istədiyi hər bir şeyin ona verilməsini istəyirsə, insanların hamısından ümidini kəssin. Ümidi yalnız Allaha olsun. Əgər Allah bəndənin qəlbində bunun olduğunu bilsə, Allahdan istədiyi hər bir şeyi ona verər”.
Vəsailuş-şiə cild 16 səhifə-95

Məsum

İmam Rza (ə)

Ravi

-

İmam Rza (ə) buyurur: “(Edilən) çox yaxşılığı çox, az günahı isə az bilməyin”.
Vəsailuş-şiə cild 1 səhifə-96