Kəmalud-din

Məsum

İmam Əli (ə)

Ravi

-

İmam Əlidən (ə) Peyğəmbərin “Mən sizin aranızda iki əmanət qoyub gedirəm: Allahın kitabı və mənim itrətim” hədisindəki “itrət”in kimlər olduğu soruşulduqda İmam Əli (ə) buyurdu: “(İtrətdən məqsəd) mən, Həsən, Hüseyn və Hüseynin övladlarından olacaq doqquz imamdır. Onların doqquzuncusu onların Mehdisi və qaimidir. Onlar hovuzun kənarında Peyğəmbərə (s) qovuşana qədər Allahın kitabından, Allahın kitabı da onlardan ayrılmaz”.
Kəmalud-din cild 1 səhifə-52

Məsum

İmam Sadiq (ə)

Ravi

Əbdülhəmid ibn Əbu Deyləm

Əbdülhəmid ibn Əbu Deyləm İmam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir: “Gəmidən endikdən sonra Nuh əlli il yaşadı. Sonra Cəbrail onun yanına gəlib dedi: “Ey Nuh! (Allah deyir ki,) nübüvvətin sona çatmış, günlərin tamamlanmışdır. İndi səndə olan ən bِyük ad, elm mirası və peyğəmbərlik elminin əsərlərinə (nişanələrinə) nəzər sal və onları oğlun Sama təhvil ver, çünki mən yer üzünü orada bir alim olmadan başlı-başına buraxmaram. Belə ki, onun vasitəsilə mənə itaət bilinər, vəfat edən peyğəmbərlə digər peyğəmbərin göndərilməsi arasında (camaat üçün) qurtuluş olar. Mən camaatı höccətsiz, mənə tərəf dəvət edənsiz, yoluma doğru hidayət edənsiz, əmrimi (və göstərişimi) tanıyan biri olmadan (başsız) qoymaram. Çünki mən hər bir qövm üçün xoşbəxt kəsləri onun vasitəsilə hidayət etmək üçün, həmçinin bədbəxt kəslərə dəlil olsun deyə bir hidayətçi qərar verməyi hökm etmişəm”. Dedi: “Nuh (ə) ən böyük adı, elm mirasını və peyğəmbərlik elminin əsərlərini oğlu Sama təhvil verdi. Ham və Yafisə gəldikdə isə o ikisində onlara fayda verəcək bir elm yox idi”. Buyurdu: “Nuh onları Hud ilə müjdələdi, onlara Huda itaət etməyi, həmçinin hər il vəsiyyətnaməni açmalarını və oraya baxmalarını göstəriş verdi ki, onlar üçün bayram olsun, necə ki Adəm (ə) onlara (bu cür etməyi) əmr etmişdi”. Dedi: “Ham və Yafisin övladları içindən zülmkarlar peyda oldu. Samın övladları elm barədə onlarda olan şeyləri gizlətməyə ehtiyac duydu. Nuhdan sonra Ham və Yafisin dövləti (hakimiyyəti) Sama keçdi və bu, Allah-taalanın kəlamı idi: “Sonra gələnlər arasında onun üçün (gözəl xatirə) qoyduq” (“Saffat” surəsi, 78-ci ayə). Deyir ki, mən zülmkarların dövlətini (qüdrətlərini) Nuh üçün qoydum, həmçinin bunun vasitəsilə Məhəmmədə (s) təsəlli verir”. Buyurdu: “Hamdan çinlilər, hindlilər və həbəşlilər əmələ gəldi. Samdan isə ərəb və əcəmlər əmələ gəldi, onların dövləti oldu. Onlar vəsiyyəti bir-birindən, bir alimdən bir alimə irs apardılar və nəhayət, Allah-taala Hudu (ə) göndərdi”.
Kəmalud-din cild 1 səhifə-134

Məsum

İmam Sadiq (ə)

Ravi

Zeyd Şəhham

Zeyd Şəhham İmam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir: “Həqiqətən, Saleh bir zaman öz qövmündən qeybə çəkildi. Onlardan qeybə çəkildiyi gün yetkin idi, iri cüssəsi, gözəl bədəni, sıx (gur) saqqalı, düz qarnı, xəfif yanaqları vardı, camaat arasında orta boylu idi. Qövmünə sarı qayıtdıqda onu görünüşündən tanımadılar. (Saleh) onlara tərəf qayıtdıqda üç təbəqəyə bölünmüşdülər. İnkarçı təbəqə – heç vaxt (əqidələrindən) geri dönmürdülər; şəkk-şübhə təbəqəsi, bir də yəqin üzərində olan təbəqə. Saleh (ə) qayıtdığı zaman (dəvətə) öncə şübhə və tərəddüd əhlindən başladı və onlara dedi: “Mən Salehəm”. Amma onu təkzib, təhqir etdilər, (özlərindən) uzaqlaşdırdılar və dedilər: “Allah səndən uzaq olsun, Saleh sənin simanda deyildi”. İnkarçıların yanına gəldikdə onun sözünə qulaq asmadılar, ona qarşı şiddətli nifrət bəslədilər. Sonra isə üçüncü təbəqənin – yəqin əhlinin yanına gəldi. Onlara dedi: “Mən Salehəm”. Dedilər: “Bizə bir xəbər ver ki, Salehin sən olduğuna dair şübhəmiz olmasın. Bizim şəkk-şübhəmiz yoxdur ki, Allah-taala yaradandır, o, istədiyini hər bir şəkilə sala, dəyişə bilər. Biz (bir-birimizə) xəbər vermişik (və ya bizə xəbər vermişlər), həmçinin öz aramızda gəldiyi zaman Qaimin əlamətləri ilə əlaqədar araşdırma aparmışıq və bu bizim nəzərimizdə yalnız səmadan xəbər gəldiyi təqdirdə doğru sayıla bilər”. Saleh onlara dedi: “Mən o Salehəm ki, sizə dəvə gətirmişəm”. Onlar dedi: “Düz deyirsən, biz də elə onun barəsində araşdırma aparırıq. Bəs onun əlamətləri nədir?” Saleh dedi: “Müəyyən bir gündə onun da , sizin də içmək haqqınız vardır”(“Şüəra” surəsi, 155-ci ayə). Dedilər: “Allaha və bizə gətirdiyinə iman gətirdik!” Həmin anda Allah-taala buyurdu “Saleh Rəbbi tərəfindən göndərilmişdir”. Yəqin əhli isə dedilər: “Şübhəsiz ki, biz onunla göndərilənə (gətirdiyi hər şeyə) inananlardanıq” (“Əraf” surəsi, 75-ci ayə). “Özlərini böyük sayan kəslər dedilər – onlar şəkk-şübhə edənlər və inkarçılardır – şübhəsiz ki, biz sizin inandığınızı inkar edirik” (“Əraf” surəsi, 76-cı ayə). Dedim: “Həmin gün onlar arasında onun (Saleh) barədə bilik sahibi olan kəs var idimi?” Buyurdu: “Allah yer üzünü ona tərəf bələdçilik edən alim olmadan başlı-başına buraxmaqdan daha ədalətlidir. Salehin (üzə) çıxmasından sonra qövm yeddi gün müddətində (bir öhdəçiliyə malik olmayaraq) imam tanımadan qaldılar, baxmayaraq ki, onların əlində Allah-taalanın dini var idi (ki, ona əməl edirdilər) və sözləri də bir idi. Saleh (ə) zühur etdikdə onun ətrafında toplaşdılar. Qaimin (ə) məsəli də Salehin (ə) məsəli kimidir”.
Kəmalud-din cild 1 səhifə-137

Məsum

İmam Sadiq (ə)

Ravi

-

“Allaha and olsun, Allah-taala Adəmin canını aldıqdan sonra bir an belə yer üzünü imamsız qərar verməyib. Həmin imamla (insanlar) Allaha tərəf hidayət olunar. O, Allahın bəndələri üzərindəki höccətidir. Kim onu tərk etsə, həlak olar. Kim onunla birgə olsa, nicat tapar”.
Kəmalud-din cild 1 səhifə-221

Məsum

İmam Əli (ə)

Ravi

-

“Allah-taala bizi paklamış və (günahlardan) qorumuşdur. Bizi yaratdıqlarına şahid və yer üzərində höccət təyin etmişdir. Bizi Quranla birgə, Quranı da bizimlə birgə qərar vermişdir. Biz Quranı tərk etmərik, Quran da bizi tərk etməz”.
Kəmalud-din cild 1 səhifə-230

Məsum

Səhabə

Ravi

Cabir ibn Abdullah Ənsari

Cabir ibn Abdullah əl-Ənsari nəql edir ki, Xanım Fatimənin (ə) yanına getdim. Onun önündə övladlarından olan vəsilərin adı olan bir lövhə var idi. On iki dənə saydım. Sonuncusu Qaim (ə) idi. Onlardan üçünün adı Məhəmməd, dördünün adı Əli idi (Allahın salamı olsun onların hamısına)”.
Kəmalud-din səhifə-256

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Peyğəmbər (s) bir hədisdə buyurur: “Əgər Allah-taala istəsəydi, insanların hamısını hidayət üzrə cəm edərdi” (“Ənam” surəsi, 35-ci ayə) və bu ümmətdən iki nəfər belə bir-biri ilə ixtilaf etməzdi. Heç bir işdə bir-biriləri ilə mübahisə etməz, fəzilətcə aşağı olan şəxs özündən üstün şəxsin fəzilətini inkar etməzdi. Əgər Allah istəsəydi, (öz dostlarına kömək etmək üçün zalımlara veriləcək) əzabı tezləşdirər və (onların halını) dəyişərdi ki, zalım təkzib edilsin və haqq ortaya çıxsın. Lakin o, dünyanı əməl evi, axirəti isə hökm yeri qərar vermişdir ki, “pis iş görənlərə etdiklərinin əvəzi verilsin, yaxşı işlər görənlər isə gözəl şəkildə mükafatlandırsın”(“Nəcm” surəsi, 31-ci ayə).
Kəmalud-din səhifə-264

Məsum

İmam Əli (ə)

Ravi

-

“Bu işin sahibi (İmam Mehdi) qovulmuş, qaçaq düşmüş, kimsəsiz və tək olacaq”.
Kəmalud-din cild 1 səhifə-286

Məsum

İmam Hüseyn (ə)

Ravi

-

“Mehdinin qeybi olacaq. O zaman bir dəstə dindən çıxacaq, digər bir dəstə isə dində sabit qalacaq. Dində sabit qalanlara əziyyət verərək belə deyəcəklər: “Əgər doğru söyləyirsinizsə, vəd etdiyiniz nə zaman olacaq?” Onun qeybət dövründə əziyyətlərə və təkziblərə səbir edən şəxs Peyğəmbərin (s) qarşısında qılıncla cihad edən şəxsin məqamında olacaq”.
Kəmalud-din cild 1 səhifə-298

Məsum

İmam Səccad (ə)

Ravi

-

“Qaimdə (ə) Nuhun (ə) bir nişanəsi olacaq. O da uzunömürlü olmasıdır”.
Kəmalud-din cild 1 səhifə-302

Məsum

İmam Əli (ə)

Ravi

-

Əmirəlmöminin (ə) Qaimi (ə) zikr etdi və buyurdu: “O mütləq qeybə çəkiləcək, ta ki cahil olan kəs deyəcək: “Allahın Məhəmməd ailəsindən (ə) bir höccəti yoxdur”.
Kəmalud-din cild 1 səhifə-302

Məsum

İmam Əli (ə)

Ravi

-

Əmirəlmöminin (ə) İmam Hüseynə (ə) buyurdu: “Ey Hüseyn, sənin övladlarından doqquzuncusu haqq ilə qiyam edəcək şəxsdir. O, ədaləti və dini aşkar edəcək”. İmam Hüseyn (ə) buyurdu: “Ya Əmirəlmöminin, bu həqiqətən də olacaq?” Əmirəlmöminin (ə) buyurdu: “Məhəmmədi (s) peyğəmbərliyə göndərənə və onu yaranmışlar arasında seçənə and olsun ki, bəli, bu olacaq. Lakin bu (iş), qeybdən və insanların heyrətindən sonra baş verəcək. O zamanda yalnız dində ixlaslı olanlar, yəqin ruhu ilə müjdələnmişlər sabit qalacaq. Onlar izzət və cəlal sahibi olan Allahın bizim vilayətimiz haqqında əhd peyman aldığı, qəlblərində imanı yazdığı və Öz tərəfindən olan ruhla qüvvətləndirdiyi kəslərdir”.
Kəmalud-din cild 1 səhifə-303