Biharul-ənvar

Məsum

İmam Mehdi (ə)

Ravi

Nəsim

İmam Həsən Əskərinin (ə) xidmətçisi Nəsim deyir: “Sahibəzzaman (ə) gecə vaxtı dünyaya gələndən sonra yanına daxil oldum və yanında asqırdım. O (ə) mənə buyurdu: “Yərhəmukəllah” (Allah sənə rəhm etsin). Mən bu sözə görə sevindim. O (ə) mənə dedi: “Sənin asqırmağının da müjdəsini verimmi?” Mən dedim: “Bəli”. O (ə) buyurdu: “O (asqırmaq), sənin üç gün ölümündən olan amanındır”.
Biharul-ənvar cild 51 səhifə-5

Məsum

İmam Həsən Əskəri (ə)

Ravi

Əbu Ğanim

Əbu Ğanim nəql edir: “İmam Həsən Əskərinin (ə) oğlu dünyaya gəldi və onu Məhəmməd (ə) adlandırdı. O, üçüncü gün öz səhabələrinə üz tutub buyurdu: “Bu (oğlum) məndən sonra sizin sahibiniz və xəlifənizdir”.
Biharul-ənvar cild 51 səhifə-6

Məsum

İmam Hüseyn (ə)

Ravi

-

İmam Hüseyn (ə) Aşura günü söylədiyi xütbədə belə buyurub: “Sizi bu dünya aldatmasın. Çünki dünya ona arxalanan şəxsin ümidini puç edir, ona tamah salan şəxsin tamahını boşa çıxarır”.
Biharul-ənvar cild 45 səhifə-6

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Cəfər Sadiqdən (ə) Xanım Fatimənin (s) nə üçün Zəhra (işıqsaçan) adlandığı soruşulduqda İmam (ə) buyurdu: “Çünki o, (namaz qılmaq üçün) mehrabında durduqda ulduzlar yer əhli üçün işıq saçdığı kimi, onun nuru da səma əhli üçün işıq saçardı”.
Biharul-ənvar cild 43 səhifə-12

Məsum

İmam Həsən Əskəri (ə)

Ravi

Məhəmməd ibn İbrahim Kufi

Məhəmməd ibn İbrahim Kufi nəql edir: “İmam Həsən Əskəri (ə) kəsilmiş quzunu mənə verdi ki, adlarını verdiyi şəxslərə paylayım və buyurdu: “Bu, oğlum Məhəmmədin (ə) əqiqəsidir”.
Biharul-ənvar cild 51 səhifə-15

Məsum

Səhabə

Ravi

Malik ibn Ənəs

Malik ibn Ənəs İmam Cəfər Sadiqin (ə) barəsində danışarkən belə deyir: “O, “Peyğəmbər (s) belə buyurub” dedikdə (Peyğəmbərə olan ehtiramından) rəngi saralar və hətta onu tanıyanların onu tanımayacağı şəklə düşərdi”.
Biharul-ənvar cild 47 səhifə-16

Məsum

İmam Həsən Əskəri (ə)

Ravi

Həkimə bint Məhəmməd

Məhəmməd ibn Əli Rzanın (İmam Məhəmməd Təqi) qızı Həkimə (ə) nəql edir ki, İmam Həsən Əskəri (ə) 255-ci ilin şaban ayının yarısında (on beşində) mənə elçi göndərərək buyurdu: “Ey bibi, bu gecə mənim yanımda ol, tez bir zamanda Allah məndən sonra yaratdıqlarının üzərinə olan öz höccətinin və vəlisinin (İmam Mehdini) dünyaya gəlməsi ilə səni sevindirəcək”.
Biharul-ənvar cild 51 səhifə-17

Məsum

İmam Sadiq (ə)

Ravi

Zürarə

Zürarə belə deyir: “İmam Sadiqdən (ə) Allahın “Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər” (“Əraf” surəsi, 172-ci ayə) ayəsi barədə soruşdum. İmam (ə) buyurdu: “(Orada) Məhəmməd (s) ilk “bəli” deyən şəxs idi”.
Biharul-ənvar cild 15 səhifə-17

Məsum

İmam Əli (ə)

Ravi

-

Həzrət Əli (ə) Xanım Zəhra (s) şəhid olarkən belə demişdi (şeirin tərcüməsi): “Ruhum ah-nalələrin həbsindədir. Kaş bu ah-nalələr ilə birgə ruhum da bədənimdən çıxardı! (Ey Fatimə,) səndən sonra yaşamaqda xeyir yoxdur. Mənim ağlamağım isə yalnız səndən sonra həyatımın uzun olması qorxusundandır!”
Biharul-ənvar cild 43 səhifə-21

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiq (ə) buyurub: “Qəlb Allahın hərəmidir (müqəddəs yeridir). Buna görə də Allahın hərəmində başqasını sakin etmə”.
Biharul-ənvar cild 67 səhifə-25

Məsum

İmam Həsən Əskəri (ə)

Ravi

-

İmam Həsən Əskəri (ə) buyurur: “Rəbbim mənə bu ümmətin Mehdisini (ə) hədiyyə etdikdə iki mələk göndərdi. O iki mələk onu (ə) ərşin çadırına doğru qaldırdı. İzzət və cəlal sahibi olan Allahın dərgahında dayandılar. Allah ona (ə) dedi: “Dinimin köməkçisi, (qaranlıq qalan) işlərimi aşkara çıxardan, bəndələrimin hidayət edicisi, mənim bəndəm, xoş gəlmisən!”
Biharul-ənvar cild 51 səhifə-27

Məsum

İmam Rza (ə)

Ravi

Əbdüssalam ibn Saleh Hərəvi

Hərəvi deyir: “İmam Rzanın (ə) belə dediyini eşitdim: “Allah bizim əmrimizi dirildən şəxsə rəhm etsin”. İmama (ə) dedim: “Sizin əmrinizi necə dirildər?” İmam Rza (ə) buyurdu: “Bizim elmimizi öyrənib, onu digər insanlara öyrətməklə. Çünki insanlar bizim kəlamımızın gözəlliyini görsələr, ona tabe olarlar”.
Biharul-ənvar cild 2 səhifə-30