Cavab

Sual

A1000: Cabir ibn Yezid Cufi İmam Sadiqdən (ə) nəql edərək deyir: "Bir gün insanlar İmam Həsənin (ə) yanına gələrək dedilər: "Atanın göstərdiyi təəccüblü hadisələrdən bizə göstər". İmam Həsən (ə) soruşdu: "Buna inanacaqsınızmı ?" Dedilər: "Bəli, Allah-taalaya iman gətirəcəyik". İmam Həsən(ə) soruşdu: "Atamı tanıyırdınızmı?" Dedilər: "Bəli, tanıyırdıq". İmam Həsən(ə) yanındakı pərdəni qaldırdı. Hamı Möminlərin Əmirini (ə) oturmuş halda gördü. İmam Həsən (ə) soruşdu: "Onu tanıyırsınızmı?" Onların hamısı dedilər: "Allaha and olsun ki, bu, Möminlərin əmiridir(ə). Biz şəhadət veririk ki, sən ondan sonrakı imamsan. Belə ki, sən bizə Möminlərin əmirini (ə) ölümündən sonra canlı olaraq göstərdin". İmam Həsən (ə) buyurdu: "Siz Allah-taalanın belə buyurduğunu eşitmədinizmi? "Allah volunda öldürülənlərı (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur(Ali-İmran:169)" Allah yolunda öldürülən siravi bir insanın vəziyyəti budursa elə isə Bizim Vəziyyətimizin necə olmasını siz deyin. Dedilər: "İnandıq və söylədiklərini təsdiqlədik." 📚Hidayətul-Kübra səh:195(bakı ç:216) Səlamun Əleykum və rəhmətUllah bu hədis barədə müasir alimlərin görüşləri necədir ? Həmçinin bu hədisə biznillahla baxa bilərik ? Yəni Allahın izni ilə imam bu cür kəramət edə bilər..

Cavab

Aleykum salam. Qeyd edilən hədis Hüseyn ibn Həmdan əl-Xuseybinin qələmə aldığı “əl-Hidayətul-kubra” əsərindəndir. Bu kitabın müəllifi rical alimləri tərəfindən məzəmmət olunmuş və onun fasid məzhəbə malik olduğu bildirilmişdir (müraciət et: Nəcaşi, Ricalun-Nəcaşi, səh. 67).

Bu səbəbdən də yalnız onun nəql etdiyi və məzmunu digər kitablarımızda olmayan hədislər məqbul hesab olunmur.

Qeyd edilən hədisi Əllamə Məclisi “Biharul-ənvar” kitabının 43-cü cildində, 328-ci səhifədə "Nücum" kitabından nəql edir. Lakin sənəd baxımından hədis zəifdir.

Ümumən mətndə keçənin Allahın izni ilə mümkün olması isə mümkündür. Lakin hər mümkün olan şeyi olub kimi qəbul edə bilmərik.