Cavab

Sual

Dini elmi artırmaq üçün hansı kitablar oxuyaq?

Cavab

Şəriət məsələləri üçün hər bir şəxs öz təqlid etdiyi müctəhidin risaləsinə müraciət etməlidir. İbadətləri və dinimizin digər göstərişlərini düzgün şəkildə yerinə yetirmək üçün bu kitablara müraciət etmək zəruridir.

Əqidə barədə Şeyx Səduqun "Etiqad" əsərini, daha sonra isə "Tövhid" əsərini, həmçinin Əllamə Məclisinin "Əqidə" kitabını və Şeyx Cəfər Sübhaninin "İslamda əqidə əsasları" kitabını;

Tarix barədə Şeyx Cəfər Sübhaninin Məhəmməd peyğəmbərin (s) həyatı ("Əbədiyyət nuru") və İmam Əlinin (ə) həyatı ("Vilayət günəşi") kitablarını;

İmamların həyatı üçün isə Şeyx Müfidin "əl-İrşad" kitabını, yaxud Şeyx Abbas Qumminin məsumların (ə) həyatı barədə yazdığı kitabları;

Əxlaq mövzusunda isə Seyid Abdullah Şübbərin “Əxlaq kitabını, həmçinin Şeyx Əhməd Nəraqinin “Meracus-səadə” kitabını oxumaq gözəl olar.

Hadis.az