Cavab

Sual

Muhamməd Əleyhisəlamin zövcələri kafir olubmu öz sagliginda

Cavab

Peyğəmbərin (s) zövcələrindən heç biri onunla evli olduqları müddətdə küfrə yönəlməmiş və İslam dairəsindən çıxmamışlar. Lakin bu status onların günahlardan tamamilə qorunması (məsumluğu) mənasına gəlmir. Onlar da əməllərinə və seçimlərinə görə məsuliyyət daşıyan şəxslır olublar. Məhz bu səbəbdən Uca Allah Qurani-Kərimdə bəzi zövcələrin xətalarına diqqət çəkərək onlara kəskin şəkildə xəbərdarlıq etmiş və belə buyurmuşdur:

"Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır" (Əhzab, 30).