Cavab

Sual

Peyğəmbər sübh namaznı qəzaya vermişdisə əgər sunilərdədə qəza namazı yoxdu bu necə olur

Cavab

Sünni məzhəbində köklü və məşhur görüş qəza namazının vacib olmasıdır. Qəza namazının müəyyən təfsilatla vacib olmamasını deyənlər isə bəzi vəhhabilər, müasir Quranilik kimi bəzi cərəyanların nümayəndələridir. 

Şiə məzhəbinə görə isə Peyğəmbərin (s) namazı qəzaya verməsi xəbərləri onun məsumluğu ilə ziddiyyət təşkil etdiyinə görə qəbul edilməzdir. Bununla belə şiə məzhəbi fiqhində səhvən, unutqanlıq və ya bilərəkdən qılınmamış bütün namazların qəzası vacibdir.