Cavab
Sual
Cavab
Aleykum salam. Təşəkkür edirik
Cəfər Kəzzab (yalançı Cəfər) İmam Mehdinin (ə) əmisi İmam Həsən Əskərinin (ə) qardaşı olmuşdur. O, qardaşı vəfat etdikdən sonra imamlıq iddiasına düşmüş və insanları azdırmışdır. Bu haqda dəlillər hədis kitablarımızda mövcuddur. Bu barədə olan bəzi dəlilləri qeyd edirik:
1. Şeyx Tusinin "əl-Qeybə" kitabında (səh. 175) İmam Mehdi (ə) tərəfindən yazılmış məktubda bu ifadələr yer alır:
وقد إدَّعى هذا المُبطلُ، المُفتري على اللهِ، الكذبَ بما إدّعاهُ
«Bu batil yolda olan və Allaha iftira atan şəxs iddia etdiyi şeylərlə yalan danışmışdır...»
2. Elə həmin yerdə, səhifə 173-də də bir məktub nəql olunub ki orada birinci nəql etdiyimiz ifadələrdən də sərt ifadələr keçir. Orada Cəfərin adı çəkilməsə də, söhbətin gedişatından və ifadə tərzindən söhbətin ondan getdiyi məlum olur.
3. Həmçinin Şeyx Səduq "Kəmalud-din" kitabında (c. 2, səh. 190) bir məktub nəql edir ki, orada imamlıq iddiasında olan şəxs üçün "yolunu azmış və azğın" ifadəsi yer alır. Hansı ki Cəfər də bu iddiada idi.
4. Şeyx İrbilinin "Kəşful-ğummə" (c. 2, s. 385) və Ayətullah Şüştərinin "Qamusur-rical" (c. 2, s. 645) əsərlərində rəvayət olunur ki, İmam Hadi (ə) Cəfər dünyaya gələndə heç bir sevinc büruzə verməmiş və belə buyurmuşdur: "O gələcəkdə çoxlu insanı yolundan azdıracaq".
Hadis.az
Copyright 2026 Hadis.Az