Mətn

İbn Babəveyh öz sənədi ilə Cabir ibn Abdullah Ənsaridən, o da Həzrət Rəsulullahdan (s) on iki imamın, (o cümlədən) Qaimin (İmam Mehdinin) zikr olunduğu bir hədisdə belə buyurduğunu nəql edir: “Xoş olsun onun (İmam Mehdinin) qeybdə olduğu dövrdə səbir edənlərin halına! Xoş olsun onların məhəbbətində sabitqədəm qalanların halına! Allahın öz kitabında onları vəsf edib, haqlarında “o kəslər ki, qeybə inanır” (“Bəqərə” surəsi, 3-cü ayə) buyurduğu kəslər onlardır. Sonra Peyğəmbər (s) buyurdu: “...Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi, məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır” (“Mücadilə” surəsi, 22-ci ayə).

Mətn Ərəb

ابن بابويه، بإسناده عن جابر بن عبد الله الأنصاري ، عن رسول الله (صلى الله عليه وآله) ، في حديث يذكر فيه الأئمة الاثني عشر وفيهم القائم (عليهم السلام) ، قال: قال رسول الله (صلى الله عليه وآله): «طوبى للصابرين في غيبته ، طوبى للمقيمين على محبتهم ، أولئك من وصفهم الله في كتابه ، فقال: (الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ) وقال : ( أُولئِكَ حِزْبُ اللَّهِ أَلا إِنَّ حِزْبَ اللَّهِ هُمُ الْمُفْلِحُون