Mətn

Məhəmməd ibn Fuzeyl deyir: “Mən İmam Musa ibn Cəfərdən (ə) bu ayə haqqında soruşdum: “Ruhun və mələklərin səf-səf duracağı gün...” (“Nəbə” surəsi, 38-ci ayə). İmam (ə) buyurdu: “And olsun Allaha, biz qiyamət günü onlara (mələklərə) izin verənlərik və (onlar) doğrunu danışacaqlar”. Mən dedim: “Siz danışdığınız zaman nə deyəcəksiniz?” İmam (ə) buyurdu: “Biz Rəbbimizə həmd edəcək, peyğəmbərimizə salavat deyəcək və şiələrimizə şəfaət edəcəyik, Rəbbimiz də (şəfaətimizi) geri qaytarmayacaq”.

Mətn Ərəb

-