Mətn

Əbu Bəsir belə nəql edir: “İmam Sadiqdən (ə) Allahın bu ayəsi haqqında soruşdum: “Öz rəsulunu hidayət (vasitəsi) və haqq olan dinlə göndərən odur. Müşriklərin xoşuna gəlməsə belə, onu (islam dinini) bütün dinlərdən üstün edəcəkdir” (“Saff” surəsi, 9-ci ayə). İmam (ə) buyurdu: “Allaha and olsun, bu ayənin təvili hələ gerçəkləşməmişdir”. Dedim: “Sənə fəda olum, nə vaxt gerçəkləşəcək?” İmam (ə) buyurdu: “Uca Allahın izni ilə Qaim (ə) qiyam edən zaman. Qaim (ə) zühur edəndə (dünyada) elə bir kafir və müşrik qalmayacaq ki, onun zühur etməsini istəməsin. Onlar hətta qayalıqların içərisində gizlənsələr belə, qaya səslənəcək: “Ey mömin, mənim daxilimdə kafir və yaxud müşrik var, onu öldür. Mömin də gəlib onu öldürəcək”.

Mətn Ərəb

-