Məsum
Ravi
Mətn
Əbu Bəsir İmam Sadiqin (ə) Allah əzzə və cəllənin bu ayəsi “Bizi buna hidayət edən Allaha həmd olsun! Əgər Allah bizi hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik” (“Əraf” surəsi, 43-cü ayə) haqqında belə buyurduğunu nəql edir: “Qiyamət günündə Peyğəmbər (s), Əmirəlmöminin (ə) və onun övladlarından olan imamlar (ə) çağırılar və insanlar üçün (onları haqq-hesaba çəkmək və ya cənnətlə cəhənnəmi bölüşdürmək üçün) vəzifələnərlər. Onların şiələri onları gördükləri zaman deyərlər: “Bizi buna hidayət edən Allaha həmd olsun! Əgər Allah bizi hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik”. Yəni Allah-taala bizi Əmirəlmöminin (ə) və onun övladlarından olan imamların (ə) vilayəti vasitəsilə hidayət etmişdir”.
Mətn Ərəb
عن أبي بصير، عن أبي عبد الله (عليه السلام)، في قول الله عز و جل: الْحَمْدُ لِلَّهِ الَّذِي هَدانا لِهذا وَ ما كُنَّا لِنَهْتَدِيَ لَوْ لا أَنْ هَدانَا اللَّهُ. قال: «إذا كان يوم القيامة دعي بالنبي (صلى الله عليه و آله) و بأمير المؤمنين و الأئمة من ولده، فينصبون للناس، فإذا رأتهم شيعتهم قالوا: الْحَمْدُ لِلَّهِ الَّذِي هَدانا لِهذا وَ ما كُنَّا لِنَهْتَدِيَ لَوْ لا أَنْ هَدانَا اللَّهُ يعني: هدانا الله في ولاية أمير المؤمنين و الأئمة من ولده (عليهم السلام).
Copyright 2025 Hadis.Az