Məsum
Ravi
-
Mətn
Həriz ibn Abdullah Sicistani İmam Məhəmməd Baqirin (ə) Allah-taalanın “Və dedilər: “Öz məbudlarınızı tərk etməyin: Vəddi, Suvanı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!” kəlamı barədə belə buyurduğunu nəql etmişdir: “Onlar (Nuh (ə) peyğəmbərin zamanında) izzət və cəlal sahibi olan Allaha ibadət edirdilər. Sonra öldülər və qövmləri (onların ölümlərinə üzüldülər və) qışqır-bağır saldılar. Bu onlara ağır gəldi. (Bundan istifadə edən) İblis (Allah ona lənət eləsin) onların yanına gəlib dedi: “(Bu qədər ağlamayın, özünüzü zəhmətə salmayın,) mən sizin üçün onların surətində bütlər düzəldərəm. Beləcə, siz onlara baxar, onlarla təskinlik tapar, həm də Allaha ibadət edərsiniz”. (Nadan camaat onun təklifini qəbul etdi və) İblis onlar üçün ölmüş şəxslərin timsalında bütlər hazırladı. Onlar (bu bütləri qarşılarına qoyaraq) izzət və cəlal sahibi Allaha ibadət edər və həmin bütlərə baxardılar. Qış və yağışlar onlara yetişdikdə (havanın soyuq olmasından qorxduqları üçün) bütləri evlərə salardılar. O nəsil həlak olana qədər onlar (bu şəkildə) davamlı olaraq izzət və cəlal sahibi olan Allaha ibadət etdilər. (Onlardan sonra) övladları boya-başa çatdılar və dedilər: “Həqiqətən, atalarımız bunlara (bütlərə) ibadət edirdilər (biz də gərək onların yolunu gedərək bu bütlərə ibadət edək)”. Beləliklə, onlar izzət və cəlal sahibi olan Allahdan qeyrisinə ibadət etdilər (və bütpərəstlik rəvac tapmağa, yayılmağa başladı). Bu, Allah təbarək və taalanın sözüdür: “Və dedilər: “Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvanı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”
Mətn Ərəb
-
Quran təfsiri
Surələrin fəziləti
-
Copyright 2026 Hadis.Az