Məsum
Ravi
-
Mətn
Əbu Bəsir İmam Sadiqdən (ə) belə eşitdiyini dedi: “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin (təslim olun)! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!” İmam (ə) buyurdu: “Bilirsənmi təslim nədir?” Dedim: “Sən daha yaxşı bilirsən!” İmam buyurdu: “(Təslim) Əlinin (ə) və ondan sonra vəsi olan imamların vilayətidir. And olsun Allaha, şeytanın addımlarından məqsəd “filan və filanın” vilayətidir”.
Mətn Ərəb
العياشي: عن أبي بصير، قال: سمعت أبا عبد الله (عليه السلام) يقول: يا أَيُّهَا الَّذِينَ آمَنُوا ادْخُلُوا فِي السِّلْمِ كَافَّةً وَلا تَتَّبِعُوا خُطُواتِ الشَّيْطانِ قال: «أ تدري ما السلم؟» قال: قلت: أنت أعلم. قال: «ولاية علي والأئمة الأوصياء من بعده- قال- وخطوات الشيطان- والله- ولاية فلان وفلان.
Quran təfsiri
Surələrin fəziləti
-
Copyright 2026 Hadis.Az